Bakı. 6 iyul. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) “
BANM-in İctiamiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru, I Avropa Oyunlarının Təşkilat Komitəsinin üzvü Fərhad Hacıyev də iştirak edib.
Ali Məktəbin rektoru Elmar Qasımov ilk Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə keçirildiyini deyərək, bunun tarixi bir hadisə olduğunu, ölkənin, o cümlədən milli dəyərlərin təbliğində böyük imkanlar yaratdığını qeyd edib. O, Azərbaycan Prezidenti
Azərbaycan Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Avropa Oyunlarının əhəmiyyətindən danışıb. O, Avropa Oyunlarının Azərbaycan üçün önəmli bir hadisə olduğunu vurğulayıb. F.Hacıyev BANM-in tələbələrinin bu oyunlarda könüllü kimi iştirakını yüksək qiymətləndirib. O deyib ki, heç də təsadüfi deyil ki, könüllülərin fəaliyyətindən hamı razı qalıb.
Gənclər Fondunun icraçı direktorunun sözlərinə görə, Oyunlarda ümumilikdə 20 000-ə yaxın könüllü iştirak edib və onlar öz vəzifələrini çox yüksək səviyyədə yerinə yetiriblər.