BANM akademik Xoşbəxt Yusifzadə adına təqaüd təsis edib

BANM akademik Xoşbəxt Yusifzadə adına təqaüd təsis edib Bakı Ali Neft Məktəbi (BANM) akademik Xoşbəxt Yusifzadə adına təqaüd təsis edib.
Elm və təhsil
29 Yanvar , 2020 12:55
BANM akademik Xoşbəxt Yusifzadə adına təqaüd təsis edib

Bakı Ali Neft Məktəbi (BANM) akademik Xoşbəxt Yusifzadə adına təqaüd təsis edib. 

Bu barədə "Report"a Ali Məktəbdən məlumat verilib.  

Azərbaycan neft sənayesinin canlı əfsanəsi, bu sahəyə böyük töhfələr vermiş SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin adına təsis edilən təqaüd Ali Məktəbdə keçirilən yubiley tədbirində ilk sahiblərinə təqdim olunub.

Təqaüdə BANM-in Neft-qaz mühəndisliyi ixtisasının V kurs tələbələri Nihad Abbasov (ali məktəbə qəbul imtahanı göstəricisi - 700 bal) və Nadir Namazov (ali məktəbə qəbul imtahanı göstəricisi - 695 bal) layiq görülüblər.

Onların hər ikisi eyni zamanda, Prezident təqaüdçüləridirlər. Təqaüd adıçəkilən tələbələrə tədris illəri ərzində əldə etdikləri yüksək nəticələrə və Ali Məktəbin sosial-ictimai fəaliyyətindəki fəallıqlarına görə təqdim olunub. 

Son xəbərlər

Orphus sistemi