Bakıda Britaniya təhsil sərgisi keçiriləcək

Bakıda Britaniya təhsil sərgisi keçiriləcək Sərgi "British Council Azərbaycan" tərəfindən təşkil olunacaq
Elm və təhsil
177
31 Mart , 2015 19:35
Bakıda Britaniya təhsil sərgisi keçiriləcək

Bakı. 31 mart. REPORT.AZ/ Aprelin 11-12-də Bakıda növbəti "Education UK – Birləşmiş Krallıqda Təhsil" sərgisi keçiriləcək. 

"Report"un məlumatına görə, sərgi "British Council Azərbaycan" tərəfindən təşkil olunacaq. Sərginin qonaqları Birləşmiş Krallığın, eləcə də dünyanın top universitetlərində təhsil almağa imkan verən ən yaxşı Britaniya kollec və məktəblərinin nümayəndələri ilə görüşmək, təhsil planlarını müzakirə etmək, London, həmçinin Britaniyanın müxtəlif şəhərlərində fəaliyyət göstərən ümumi, biznes və digər sahələr üzrə qısamüddətli, həmçinin uzunmüddətli ingilis dili kurslarında iştirak etmək üçün birbaşa qeydiyyat imkanı, sərgi iştirakçıları tərəfindən Azərbaycandan olan tələbələrə təqdim edilən xüsusi təqaüd və güzəştlər ilə bağlı məlumat almaq imkanı əldə edəcəklər. 

Qeyd edək ki, "British Council" tərəfindən 2013 və 2014-cü illərdə Bakıda təşkil edilən 3 böyük sərgidə ümumilikdə Britaniyanın 70-ə yaxın universitet, kollec, məktəb və dil kursları iştirak edib. Eyni zamanda, sərgiləri Britaniyada təhsillə maraqlanan 8 000-dən artıq məktəbli, tələbə, valideyn, təhsil təşkilatlarının və biznes strukturlarının nümayəndələri ziyarət edib.

Son xəbərlər

Orphus sistemi