Bakıda Beynəlxalq İnformatika Olimpiadası keçiriləcək

Bakıda Beynəlxalq İnformatika Olimpiadası keçiriləcək Bakıda 30-cu Beynəlxalq İnformatika Olimpiadası (İOİ-2019) keçiriləcək.
Elm və təhsil
24 Aprel , 2019 15:09
Bakıda Beynəlxalq İnformatika Olimpiadası keçiriləcək

Bakıda 30-cu Beynəlxalq İnformatika Olimpiadası (İOİ-2019) keçiriləcək. 

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, Olimpiada bu il 4-11 avqust tarixlərində baş tutacaq. 

Bildirilib ki, bununla bağlı hazırlıq işləri çərçivəsində ADA Universitetində müxtəlif tədbir və görüşlər təşkil edilir.

Proqram çərçivəsində Beynəlxalq İnformatika Olimpiadasının ölkəmizdən olan medalçıları ilə görüş keçirilib. İlk görüş 1996-cı ildə Macarıstanda keçirilən 8-ci Beynəlxalq İnformatika Olimpiadasının bürünc medalçısı Elnur Seyidli ilə olub. Görüşdə bilik yarışına hazırlıq prosesinin təşkili, milli komandanın burada iştirakı və digər məsələlər müzakirə olunub.

Xatırladaq ki, Elnur Seyidli Bakı şəhəri 20 nömrəli məktəb-liseyin məzunudur.

Son xəbərlər

Orphus sistemi