Bakıda “Bayraq yürüşü” keçirilir

Bakıda “Bayraq yürüşü” keçirilir Yürüşü marşrutu Milli Parkda yerləşən Paraşüt qülləsindən başlayıb
Elm və təhsil
442
8 Noyabr , 2014 14:15
Bakıda “Bayraq yürüşü” keçirilir

Bakı. 8 noyabr. REPORT.AZ/ Bakıda Azərbaycanın Dövlət Bayrağı Günü ilə əlaqədar “Bayraq yürüşü” keçirilir.

“Report”un məlumatına görə, yürüşün təşkilatçısı Təhsil Nazirliyidir.

Yürüşdə Təhsil Nazirliyinin və Dənizkənarı Bulvar İdarəsinin nümayəndələri, deputatlar, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu ümumtəhsil məktəblərinin təhsildə fərqlənən yuxarı sinif şagirdləri, ali məktəblərin SABAH qruplarının və “Gələcəyin müəllimi təqaüdü” alan tələbələri iştirak edir. Yürüşün keçirilməsində əsas məqsəd milli atributların təbliği və iştirakçılara Dövlət Bayrağı Muzeyində tarixi Azərbaycan dövlətləri rəmzlərinin tanıdılmasından ibarətdir. “Bayraq yürüşü” marşrutu Milli Parkda yerləşən Paraşüt qülləsindən başlayıb və Dövlət Bayrağı Meydanınadək olması nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycanda noyabrın 9-u Dövlət Bayrağı Günü qeyd olunur.