Bakı Ali Neft Məktəbində İsveçrənin Endress+Hauser şirkətinin nümayəndələri ilə görüş olub

Bakı Ali Neft Məktəbində İsveçrənin Endress+Hauser şirkətinin nümayəndələri ilə görüş olub Bakı. 19 dekabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov İsveçrənin “Endress+Hauser İnstruments İnternational AG” şirkəti və onun Azərbaycanda rəsmi tərəfdaşı olan “Sigma Technical Services” şirkətinin nümayəndələri ilə görüşüb. 
Elm və təhsil
19 Dekabr , 2017 13:47
Bakı Ali Neft Məktəbində İsveçrənin Endress+Hauser şirkətinin nümayəndələri ilə görüş olub
BANM

Bakı. 19 dekabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov İsveçrənin “Endress+Hauser İnstruments İnternational AG” şirkəti və onun Azərbaycanda rəsmi tərəfdaşı olan “Sigma Technical Services” şirkətinin nümayəndələri ilə görüşüb. 

Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Görüşdə Ali Məktəbin rəhbərliyi və “Endress+Hauser İnstruments İnternational AG” şirkətinin Qazaxıstandakı Mərkəzi Asiya Xidmət Mərkəzinin Regional xidmət meneceri Gert-Jan Verhagen, Almaniyada Məhsulun inkişafı üzrə meneceri Joern Lange, Qazaxıstanda Mərkəzi Asiya xidmət mərkəzinin rəhbəri Andrey Tyunkin və Azərbaycanda “Sigma Technical Services” şirkətinin Biznesin inkişafı üzrə meneceri Samir Elyazov iştirak ediblər.

Rektor Elmar Qasımov qonaqları salamlayaraq onları BANM-də görməyinə şad olduğunu bildirib, daha sonra Ali Məktəbin fəaliyyəti, statistik göstəriciləri və uğurları haqqında bilgiləndirib. Rektor BANM-in yeni kampusu və orada sahənin aparıcı şirkətlərinin yaratdığı laboratoriyalar haqqında görüşün iştirakçılarına məlumat verib.

Görüşdə qonaqlar “Endress+Hauser” və “Sigma Technical Services” şirkətinin təqdimatıni edib, şirkətin yerli quraşdırma və yerli personal tərəfindən dəstəklənən xidmətlərindən bəhs ediblər. Tərəflər arasında həmçinin gələcək əməkdaşlığın istiqamətləri müzakirə olunub, tələbələrin təcrübə-istehsalat proqramları və maarifləndirilməsi haqqında danışıqlar edilib.

Ali Məktəbin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” kafedrasının rəhbəri Manafəddin Namazov sahənin müxtəlif istiqamətlərində araşdırma edən tələbələrin artıq 3 ilə yaxındır “Endress+Hauser” şirkətinin proqram təminatından istifadə etdiklərini vurğulayıb və bu imkanı tələbələr üçün yaratdığına görə şirkətin nümayəndələrinə öz təşəkkürünü bildirib.

Qeyd edək ki, 60 ildən çox fəaliyyət göstərən “Endress+Hauser İnstruments İnternational AG” şirkəti istehsal prosesinin ölçülməsi və avtomatlaşdırılması üçün məhsullar, həllər və xidmətlərin aparıcı təchizatçısıdır. 

Son xəbərlər

Orphus sistemi