Azərbaycanın üç ali məktəbi dünyanın ən yaxşı universitetləri siyahısına düşüb

Azərbaycanın üç ali məktəbi dünyanın ən yaxşı universitetləri siyahısına düşüb Britaniyanın "Quacquarelli Symonds" şirkəti ən yaxşı ali məktəblərin illik reytinqini dərc edib
Elm və təhsil
2542
6 Sentyabr , 2016 11:05
Azərbaycanın üç ali məktəbi dünyanın ən yaxşı universitetləri siyahısına düşüb

Bakı. 6 sentyabr. REPORT.AZ/ Azərbaycanın üç ali məktəbi Britaniyanın "Quacquarelli Symonds" (QS) şirkətinin versiyasına görə 2016/17-ci illər üçün dünyanın ən yaxşı universitetlərinin reytinqinə düşüb. 

"Report" QS-nin rəsmi saytına istinadən xəbər verir ki, reytinqə Bakı Dövlət Universiteti, Qafqaz Universiteti və Xəzər Universiteti daxil olub. Hər üç universitet reytinqdə səkkizinci yüzlüyə düşüblər.

Reytinqə ABŞ-ın üç ali məktəbi - Massaçusets Texnologiya İnstitutu, Stenford Universiteti və Harvard Universiteti liderlik edir. İlk onluğa Britaniyanın məşhur universitetləri - Oksford və Kembric daxil olub. 

Reytinqdə həmçinin Türkiyənin 11, İranın isə 5 ali məktəbi daxil olub. Ermənistan və Gürcüstan universitetləri reytinqə daxil edilməyib.

Son xəbərlər

Orphus sistemi