Azərbaycanda “Təhsil-Tələbə Krediti Fondu” yaradılır

Azərbaycanda “Təhsil-Tələbə Krediti Fondu” yaradılır Bu barədə Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında bildirilib
Elm və təhsil
9 Mart , 2021 15:01
Azərbaycanda “Təhsil-Tələbə Krediti Fondu” yaradılır

2021-ci ildə “Təhsil-Tələbə Krediti” sisteminin yaradılması nəzərdə tutulub.

“Report”un xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında bildirilib.

Sənəddə qeyd edilib ki, bu məqsədlə 2021-ci il üçün təsdiq edilən dövlət büdcəsindən 80 milyon manat vəsait nəzərdə tutulub. Sistemin hüquqi təminatı üçün Təhsil Nazirliyi tərəfindən “Təhsil-Tələbə Krediti Fondu”nun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Prezidentinin fərmanının layihəsi hazırlanıb və hazırda razılaşdırılma mərhələsindədir.

Son xəbərlər

Orphus sistemi