Azərbaycanda qəbul imtahanları əvvəlki formatda keçirilməyə bilər

Elm və təhsil
  • 21 aprel, 2020
  • 08:40
Azərbaycanda qəbul imtahanları əvvəlki formatda keçirilməyə bilər
Report

“Qəbul imtahanlarının keçirildiyi formatda ola bilməsi sual altındadır. Bu da sanitar gigiyenik qaydalara uyğun keçirilməlidir”.

“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib.

M.Abbaszadə bu məsələ üzərində kollektivlərinin ciddi işlədiyini bildirib: “Onlar çalışırlar ki, mövcud şərait imtahanın keçirilməsinə əlavə təsir göstərməsin”.

DİM sədri xatırladıb ki, 1993-cü ildə imtahanlar payız ayında keçirilmişdi: “Düzdür, həmin vaxt ayrı şərait idi. Düşmənlərimiz təhsil sisteminin düzgün qurulmasına imkan vermirdi. Amma indi vəziyyət daha mürəkkəb məsələdir. Hesab edirəm ki, xalqımız bu vəziyyətdən sağlam şəkildə çıxa biləcək”.

Son xəbərlər

Bütün Xəbər Lenti