Azərbaycanda keçiriləcək "Texnofest-2022" festivalının vaxtı məlum olub

Azərbaycanda keçiriləcək "Texnofest-2022" festivalının vaxtı məlum olub Bu il Azərbaycanda keçiriləcək "Texnofest-2022" festivalının vaxtı məlum olub. “Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, texnologiya, elm, rəqabət festivalı mayın 26-da başlayacaq və mayın 29-dək davam edəcək.
Elm və təhsil
2476
16 Yanvar , 2022 10:03
Azərbaycanda keçiriləcək Texnofest-2022 festivalının vaxtı məlum olub

Bu il Azərbaycanda keçiriləcək "Texnofest-2022" festivalının vaxtı məlum olub.
“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, texnologiya, elm, rəqabət festivalı mayın 26-da başlayacaq və mayın 29-dək davam edəcək.

Qeyd edilir ki, “Texnofest-Azərbaycan” çərçivəsində keçiriləcək yarışmalara qeydiyyatlar artıq başlayıb. Hər bir qeydiyyat üçün son tarix fərqli olsa da, müsabiqələr haqqında ətraflı məlumatı “www.teknofest.az” saytından əldə etmək olar.

Yarışlar beynəlxalq iştirakçılara da açıq olacaq.  Dünyanın müxtəlif ölkələrindən olan iştirakçılar texnologiya müsabiqələrinə qatılacaqlar.

Kənd təsərrüfatı texnologiyalarından yaşıl texnologiyalara, Pilotsuz Uçan Aparatlardan model peyk yarışmasına qədər müxtəlif kateqoriyalar üzrə keçiriləcək müsabiqələrdə gənclər də öz layihələrini təqdim edəcəklər. Festivalda müxtəlif kateqoriyalar üzrə çoxlu saytda müsabiqələr keçiriləcək. Belə ki, Avropa Kuboku Roket Liqası Oyunu ilə yerli startapları xarici investorlarla bir araya gətirəcək “Take Off Azərbaycan Startap Zirvəsi” də bu il keçiriləcək tədbirlər sırasında yer alır.

Azərbaycanda keçiriləcək festivalın texnologiya yenilikləri, elm, müxtəlif yarışmalar, dostluq və qardaşlıq münasibətləri ilə yadda qalması gözlənilir.

Qeyd edək ki, festival ilk dəfə 2018-ci ildə ilk dəfə keçirilib. Türkiyədə milli texnologiya hərəkatı adını alan tədbirin məqsədi ilə hər il texnologiyalar sahəsində yeni nailiyyətlərə, rekordlara imza atmaqdır.

Öz növbəsində "Baykar" şirkətinin texniki direktoru Səlcuq Bayraktar da bir neçə gün əvvəl tviterdəki hesabında Azərbaycanda keçiriləcək "Texnofest-2022" festivalı ilə bağlı paylaşım edib. Səlcuq Bayraktar paylaşımında “Kodlarını milli texnologiya həmləsi ilə yeniləyənlərin festivalı” sözlərini yazaraq Türkiyə və Azərbaycan bayraqlarının şəkillərini paylaşıb. "Texnofest"in yenilənməsi prosesi başa çatıb. “Biz 2022-ci ilə hazırıq”, - festivalın tiviterdəki səhifəsində qeyd edilib.

"Texnofest-2021" ötən il Türkiyənin İstanbul şəhərində keçirilib. Tədbir Atatürk Hava Limanında keçirilən sayca dördüncü festival idi. Bu, eyni zamanda dünyanın ən böyük texnologiya, mülki və hərbi aviasiya festivalı olub. "Texnofest" dünyanın ən böyük texnologiya, mülki və hərbi aviasiya festivalıdır.

Son xəbərlər

Orphus sistemi