Azərbaycanda dövlət qulluğu imtahanları ilə bağlı ciddi dəyişikliklər aparılır

Azərbaycanda dövlət qulluğu imtahanları ilə bağlı ciddi dəyişikliklər aparılır Azərbaycanda dövlət qulluğu imtahanları ilə bağlı ciddi dəyişikliklər aparılır.
Elm və təhsil
20 Dekabr , 2022 12:04
Azərbaycanda dövlət qulluğu imtahanları ilə bağlı ciddi dəyişikliklər aparılır

Azərbaycanda dövlət qulluğu imtahanları ilə bağlı ciddi dəyişikliklər aparılır.

“Report”un xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Məsələ ilə əlaqədar strategiyanın təsdiqləndiyini bildirən DİM rəhbəri əlavə edib ki, bu strategiya çərçivəsində səriştə modelinə keçilməsi nəzərdə tutulur:

“Ona görə bizim ekspertlər və mütəxəssislər yeniliklərə hazır olmalıdır. Pilot layihələr əsasında yeni normativləri təqdim edəcəyik və bu addımı atarkən vətəndaş cəmiyyəti ilə dialoq quracağıq”.

M. Abbaszadə bildirib ki, dünya üzrə dövlət qulluğunda 58% insan işləyir: "Bizim ölkədə isə bu rəqəmlər dəqiq deyil. Düşünürük ki, Azərbaycanda da bu rəqəmlərlə bağlı araşdırmalar aparılmalıdır".

Son xəbərlər

Orphus sistemi