Üç rayonda bir neçə məktəb koronavirusa görə bağlandı - YENİLƏNİB - 2

Üç rayonda bir neçə məktəb koronavirusa görə bağlandı - YENİLƏNİB - 2 Azərbaycanda daha bir məktəbdə COVİD-19 pandemiyası səbəbi ilə bağlandı
Elm və təhsil
15 Mart , 2021 12:46
Üç rayonda bir neçə məktəb koronavirusa görə bağlandı - YENİLƏNİB - 2
0 : 00
0 : 00

Koronavirus infeksiyası səbəbindən daha bir orta məktəbdə əyani təhsil dayandırılıb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Ağdaş şəhərində yerləşən Bəkir Nəbiyev adına tam orta məktəb də distant təhsilə cəlb olunub.

Belə ki, təhsil müəssisəsində 2 şagird və 1 müəllimdə COVID-19 testinin cavabı pozitiv çıxdığı üçün Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən bu gündən etibarən dərs prosesinin distant təhsilə keçirilməsinə qərar verilib.

Qeyd edək ki, 2020-2021 ci tədris ilində rayon üzrə təhsil müəssilərində bu günə kimi 35 şagirdə, 9 müəllimdə COVID-19 virusu aşkar edilib.

12.42

Koronavirus infeksiyası səbəbindən daha bir orta məktəbdə əyani təhsil dayandırılıb.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Kürdəmir rayon Qarasu kənd orta məktəbində distant təhsilə keçirilib.

Belə ki, müəllimlərdən birinin koronavirus testinin nəticəsinin pozitiv olması ilə əlaqədar bu gündən həmin təhsil müəssisəsində tədris 14 gün distant formada davam edəcək.

Qeyd edək ki, bundan bir neçə gün əvvəl rayonun 1 saylı orta məktəbində koronavirus infeksiyasına görə məktəbin 2 b sinfi bağlanmışdı.

10.02

Azərbaycanda daha bir məktəbdə COVID-19 pandemiyası səbəbi ilə bağlanıb.

"Report"un Şimal-qərb bürosu xəbər verir ki, N.Allahverdiyev adına Qax şəhər 2 nömrəli məktəb-liseyin fəaliyyəti müvəqqəti dayandırılıb.

Qeyd edək ki, şəhər 2 nömrəli məktəb-lisey Qax rayonunda fəaliyyət göstərən ən böyük məktəbdir.

Son xəbərlər

Orphus sistemi