Azərbaycanda 8 ali təhsil müəssisəsinin akkreditasiyasına başlanılıb - SİYAHI

Azərbaycanda 8 ali təhsil müəssisəsinin akkreditasiyasına başlanılıb - SİYAHI 5 ali məktəbin akkreditasiyası başa çatıb
Elm və təhsil
6 Mart , 2017 18:13
Azərbaycanda 8 ali təhsil müəssisəsinin akkreditasiyasına başlanılıb - SİYAHI

Bakı. 6 mart. REPORT.AZ/ 2015/2016-cı tədris ilində 5 ali təhsil müəssisəsinin akkreditasiyası keçirilib, 8 ali təhsil müəssisəsinin isə akkreditasiyasına başlanılıb.

“Report” xəbər verir ki, bu, Azərbaycan Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Hesabatda qeyd olunub ki, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Turizm və Sənaye Menecment Universitetinin akkreditasiyası keçirilib.

Akkreditasiyasına başlanılan ali təhsil ocaqları siyahısında isə Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti, Bakı Biznes Universiteti, Bakı Musiqi Akademiyası, Azərbaycan Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası yer alıb.

Qeyd edək ki, hesabat Milli Məclisin martın ayının 17-də keçiriləcək plenar iclasda müzakirəyə çıxarılacaq.         

Son xəbərlər

Orphus sistemi