Azərbaycan Texnologiya Universitetində məzunlara diplomlar təqdim edilib

Azərbaycan Texnologiya Universitetində məzunlara diplomlar təqdim edilib Azərbaycan Texnologiya Universitetinin (UTECA) 2020-2021-ci tədris ilinin məzunlarına diplomlar təqdim edilib.
Elm və təhsil
13 İyul , 2021 18:32
Azərbaycan Texnologiya Universitetində məzunlara diplomlar təqdim edilib

Azərbaycan Texnologiya Universitetinin (UTECA) 2020\2021-ci tədris ilinin məzunlarına diplomlar təqdim edilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, tədbir ali təhsil müəssisəsinin həyətində şəhidlərin xatirəsinə ucaldılan abidəni ziyarətlə başlayıb və UTECA-nın şəhid məzunlarının abidəsi önünə gül dəstələri düzülüb.

Tədbirdə Milli Məclisin deputatı Müşfiq Cəfərov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Gəncə Dövlət Regional Kollecinin müdiri Fəxrəddin Zeynalov, "Kapital Bank" ASC-nin Gəncə filialının müdiri Vüqar Paşayev, pandemiya qaydalarından irəli gələrək az sayda məzunlar və valideynlər iştirak ediblər.

Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra UTECA-nın rektor əvəzi Yaşar Ömərov açılış nitqi ilə çıxış edib. Bildirib ki, Tovuz döyüşlərindən bil il ötür: “Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsi və dəmir yumruq sayəsində qazandığımız zəfər iyul döyüşlərindən ilham almışdı. 2020-ci il 12-16 ilyul tarixlərində Azərbaycan Ordusu düşmən təxribatının qarşısını alan zaman yüksək rütbəli zabitlərimiz şəhid olub. General Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin öz əsgərləri ilə çiyin-çiyinə vuruşaraq şəhid olmaları xalq birliyinin daha da möhkəmlənməsinə səbəb oldu. Düşmənin növbəti - 27 sentyabr təxribatından sonra Ali Baş Komandanın əks hücum əmri ilə 27 il işğalda qalan torpaqlarımız yağı düşməndən təmizləndi. Düzgün siyasət və vətənpərvər nəsil sayəsində. Vətənpərvərlik təhsildən başlayır, döyüşlərdə UTECA-nın çox sayda tələbə və məzunları iştirak edib. 44 günlük müharibədə universitetimizin 6 tələbə və məzunu şəhidlik zirvəsinə ucalıb. Biz onlarla qürur duyuruq".

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra söz qonaqlara verilib. Çıxış edənlər məzunlara həyatın yeni mərhələsində uğurlar arzu edib, məsləhət və tövsiyələr veriblər. Məzunların çıxışının ardından diplomlar təqdim edilib.

Sonda ÜOMG-si yüksək olan məzunlara hədiyyə və mükafatlar təqdim edilib.

Qeyd edək ki, bu il UTECA-nı 470 bakalavr bitirib. Onlardan 13-ü qırmızı diplom alıb. Bu il məzun olan 72 magistrdan 26 nəfəri isə fərqlənmə diplomu əldə edib.

Son xəbərlər

Orphus sistemi