Azərbaycan dilinin informasiya bazasının təqdimatı keçirilib

Azərbaycan dilinin informasiya bazasının təqdimatı keçirilib Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazasının - www.azerbaycandili.az saytının təqdimatı keçirilib. 
Elm və təhsil
23 Yanvar , 2018 15:50
Azərbaycan dilinin informasiya bazasının təqdimatı keçirilib
Report

Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazasının - www.azerbaycandili.az saytının təqdimatı keçirilib. 

"Report" xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezident İsa Həbibbəyli, Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu, dilçi alimlər və başqaları iştirak ediblər.

İsa Həbibbəyli bildirib ki, sayt vasitəsilə Azərbaycan dilinin tarixi, inkişaf yolu, qrammatikası, müasir vəziyyəti, problemləri barədə ətraflı məlumatlar əldə etmək mümkün olacaq: "Sayt üç dildə olacaq. Ölkədən xaricdə yaşayanlar da saytdan istifadə edə biləcəklər. Yəni hamı üçün faydalı olacaq".

Möhsün Nağısoylu bildirib ki, son dövrlərdə dillə bağlı nəşr olunan bütün materiallar, nəşrlər, kitablar bu saytda xüsusi bölmədə yerləşdiriləcək.

Son xəbərlər

Orphus sistemi