"AMEA-nın professoru" adına iki alimin namizədliyi təsdiq edilib

"AMEA-nın professoru" adına iki alimin namizədliyi təsdiq edilib Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar Elmlər Bölməsinin ümumi yığıncağı keçirilib
Elm və təhsil
673
16 İyun , 2017 17:21
AMEA-nın professoru adına iki alimin namizədliyi təsdiq edilib
AMEA

Bakı. 16 iyun. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar Elmlər Bölməsinin ümumi yığıncağı keçirilib.

AMEA-dan "Report"a verilən məlumata görə, tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Büro üzvləri, elmi müəssisələrin rəhbərləri iştirak ediblər.

Rəyasət Heyətində təşkil olunan yığıncağı giriş sözü ilə açan İ.Həbibbəyli iştirakçıları gündəliklə tanış edib. Akademik bildirib ki, yığıncağın gündəliyinə bir məsələ - "AMEA-nın professoru" adına seçkinin keçirilməsi salınıb.

O, "AMEA-nın professoru" adı haqqında Əsasnamənin Rəyasət Heyətinin fevralın 22-də təsdiq etdiyini, müsabiqənin isə 19 aprel 2017-ci il tarixli qərarla elan olunduğunu diqqətə çatdırıb.

AMEA-nın vitse-prezidenti Ekspert komissiyasının humanitar elmlər üzrə iki alimin namizədliyini təsdiq etdiyini vurğulayıb. Qeyd edib ki, bunlardan bir nəfər Dilçilik İnstitutunun, digəri isə Azərbaycan Dillər Universitetinin əməkdaşıdır.

Sonra gizli səsvermə yolu ilə keçirilən seçkinin nəticəsinə görə, hər iki namizədin adı AMEA Rəyasət Heyətinə təqdim ediləcək siyahıya daxil olunub.