Alimlər yeni növ koronavirusun müxtəlifliyini aşkarladılar

Alimlər yeni növ koronavirusun müxtəlifliyini aşkarladılar ABŞ və Cənubi Koreya araşdırmaçıları yeni növ koronavirusun müxtəlifliyini kəşf ediblər.
Elm və təhsil
496
7 May , 2020 16:11
Alimlər yeni növ koronavirusun müxtəlifliyini aşkarladılar

ABŞ və Cənubi Koreya araşdırmaçıları yeni növ koronavirusun müxtəlifliyini kəşf ediblər.

“Report” xəbər verir ki, bu barədə araşdırma “bioRxiv” resursunda dərc edilib.

Mütəxəssislər bütün dünyada pasiyentlərdəki SARS-CoV-2 genomlarını qarşılaşdırıblar.

Beləliklə, Şimali Amerika və Avropada virusun 4 ayrılmış qolunun (klaster) olduğunu müəyyənləşdiriblər.

Məlum olub ki, koronavirusun genomları regiondan asılı olaraq dəyişir. Bildirilib ki, Asiya və Qərbdəki viruslar arasında fərq mövcuddur.

Qeyd edilib ki, başlanğıcda SARS-CoV-2-nin genetik tərkibi daha homogen olub, ancaq sonradan müxtəlif qollara ayrılmağa başlayıb.

Alimlərin fikrincə, vaksinlərin hazırlanmasında bu koronavirusun özəllikləri nəzərə alınmalıdır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,8 milyonu ötüb. Bunların 1,3 milyon nəfərdən çoxu sağalıb, 265 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi