Ali məktəblərə və kolleclərə qəbul imtahanlarının keçirilməsinə 18,9 milyon manat ayrılır

Ali məktəblərə və kolleclərə qəbul imtahanlarının keçirilməsinə 18,9 milyon manat ayrılır Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin aparılması, orta ixtisas təhsil müəssisələrinə və ali təhsilin bakalavriat səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanların keçirilməsi ilə bağlı xərclər
Elm və təhsil
1 Noyabr , 2023 21:28
Ali məktəblərə və kolleclərə qəbul imtahanlarının keçirilməsinə 18,9 milyon manat ayrılır

Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin aparılması, orta ixtisas təhsil müəssisələrinə və ali təhsilin bakalavriat səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanların keçirilməsi ilə bağlı xərclər üçün 18,9 milyon manat və ya 2023-cü illə müqayisədə 3,5 milyon manat vəya 22,6 faiz çox vəsait proqnozlaşdırılıb.

"Report" xəbər verir ki, bu barədə barədə Maliyyə Nazirliyinin açıqladığı 2024-cü ilin icmal və dövlət büdcəsinin layihəsində bildirilib.

Bununla yanaşı, bir sıra ali təhsil müəssisələrin xərclərinin müəyyən hissəsinin qarşılanması üçün 2024-cü ilin dövlət büdcəsindən onlara 76,7 milyon manat məbləğində maliyyə yardımı (subsidiya) nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 2,9 milyon manat və ya 3,8 faiz çoxdur.

Mühəndislik və tibb ixtisasları üzrə olmaqla 240 nəfər tələbənin təhsil alacağı yeni yaradılacaq “Azərbaycan-Türkiyə birgə Universiteti”nin fəaliyyətinin təmin edilməsi məqsədilə 10,0 milyon manat vəsait proqnozlaşdırılıb. 2024-cü ilin dövlət büdcəsinin təhsil xərcləri bölməsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 28,9 milyon manat məbləğində müəyyən edilib ki, bu da 2023-cü illə müqayisədə 3,8 milyon manat və ya 15,0 faiz çoxdur.

Son xəbərlər

Orphus sistemi