ADDA-ya yeni tədris ili üzrə tələbə qəbulunun nəticələri məlum olub

ADDA-ya yeni tədris ili üzrə tələbə qəbulunun nəticələri məlum olub “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasına (ADDA) 2021/2022-ci tədris ili üçün tələbə qəbulunun nəticələri məlum olub.
Elm və təhsil
7 Sentyabr , 2021 11:43
ADDA-ya yeni tədris ili üzrə tələbə qəbulunun nəticələri məlum olub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasına (ADDA) 2021/2022-ci tədris ili üçün tələbə qəbulunun nəticələri məlum olub.

Bu barədə "Report" ASCO-ya istinadən xəbər verir.

Nəticələrə əsasən, ADDA üzrə Nazirlər Kabineti tərəfindən əvvəlcədən təsdiqlənmiş 200 plan yerindən 176-sı dolub. Tədrisi Azərbaycan və ingilis dillərində aparılan ixtisaslara qəbul 100 % olub. Boş qalan yerlər isə rus bölməsini əhatə edir.

Akademiya üzrə maksimal bal (598) toplayan tələbə “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasının ingilis dili bölməsində təhsil alacaq.

30 tələbə imtahanlardan 400-500, 116 tələbə 300-400, 17 tələbə 200-300 aralığında bal toplaya bilib.

ADDA-ya qəbul olan 176 tələbədən 150-si dövlət sifarişi əsasında oxuyacaq.

Onu da qeyd edək ki, bu il ilk dəfə olaraq 3 subbakalavr qəbul imtahanlarında iştirak etmədən ADDA tələbəsi adını qazana bilib. Onların imtahansız qəbul qaydaları Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilir.

Son xəbərlər

Orphus sistemi