ADA prorektoru: İnsan kapitalının inkişafı Azərbaycan hökumətinin gündəliyindədir

ADA prorektoru: İnsan kapitalının inkişafı Azərbaycan hökumətinin gündəliyindədir İnsan kapitalının inkişafı məsələsi bu gün Azərbaycan hökumətinin gündəliyindədir.
Elm və təhsil
21 Fevral , 2024 14:22
ADA prorektoru: İnsan kapitalının inkişafı Azərbaycan hökumətinin gündəliyindədir

İnsan kapitalının inkişafı məsələsi bu gün Azərbaycan hökumətinin gündəliyindədir.

“Report” xəbər verir ki, bu barədə ADA Universitetinin tədris işləri üzrə prorektoru Elkin Nurməmmədov Azərbaycan Təhsil Araşdırmaları Assosiasiyasının (AzERA) yaradılması və onun Avropa Təhsil Araşdırmaları Assosiasiyasına (EERA) qoşulması münasibətilə ADA Universitetində keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycanın iqtisadi sistemi hazırda öz inkişafının keçid mərhələsindədir, yeni səviyyəyə yüksəlir və bunun üçün özəl sektorun artımını, eləcə də insan kapitalının inkişafını stimullaşdırmaq lazımdır: “Bu istiqamətdə uğur qazanmaq üçün təhsil əsas amildir. Təhsil sektorunun inkişafı üçün isə müxtəlif araşdırmalar aparmaq lazımdır. Ümid edirəm ki, AzERA bu vəzifənin öhdəsindən uğurla gələcək”.

Öz növbəsində, EERA-nın prezidenti professor Marit Honor Hoveid belə platformaların yaradılmasının təhsil sahəsində tədqiqatların inkişafı üçün vacib olduğunu vurğulayıb: “EERA yüksək tədqiqat standartlarını təşviq etməyə çalışan bir təşkilatdır və bizim bu məsələ ilə bağlı bir sıra fəaliyyətlərimiz var”.

Son xəbərlər

Orphus sistemi