Abituriyentlərin ixtisas seçimi sabah başa çatır

Abituriyentlərin ixtisas seçimi sabah başa çatır İndiyədək 41 360 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib
Elm və təhsil
9 Avqust , 2017 17:21
Abituriyentlərin ixtisas seçimi sabah başa çatır
Report

Bakı. 9 avqust. REPORT.AZ/ Ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək hüququ olan abituriyentlərin ixtisas seçimi davam edir. Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, bu gün saat 17:10-a olan məlumata əsasən 41 360 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib. 750 abituriyent isə ixtisasları qeyd etməsinə baxmayaraq, ərizəsini təsdiq etməyib.

V ixtisas qrupu üzrə qabiliyyət imtahanından müvəffəq qiymət almış abituriyentlər də elektron ərizələrinə daxil olub ixtisas seçimini həyata keçirməlidirlər.

Xatırladaq ki, ixtisas seçimi sabah saat 23:59-da başa çatacaq və qeyd olunan müddət uzadılmayacaq.

Abituriyentlər müsabiqədə iştirak etmək üçün göstərilən vaxta qədər öz ixtisas seçimi ərizəsini təsdiqləməlidirlər. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.