Yaxın gələcəkdə Şahdağ Milli Parkından yaylaqlara çıxış olacaq

Yaxın gələcəkdə Şahdağ Milli Parkından yaylaqlara çıxış olacaq Ekodəhlizlərin yaradılması layihəsi çərçivəsində Şahdağ Milli Parkında müvafiq işlərə başlanılıb.
Ekologiya
1 Oktyabr , 2019 12:16
Yaxın gələcəkdə Şahdağ Milli Parkından yaylaqlara çıxış olacaq

"Ekodəhlizlərin yaradılması layihəsi çərçivəsində Şahdağ Milli Parkında müvafiq işlərə başlanılıb".

"Report" xəbər verir ki, bunu Regional Ekoloji Mərkəzin Azərbaycan nümayəndəliyinin direktoru Mələk Şükürova deyib.

O bildirib ki, ekoturizm proqramının hazırlanmasında əvvəllər icmalar cəlb olunmayıb: "Bu ilin may-iyul aylarına kimi bu proqrama icmaları da dəvət etdik. İcmalara təlimlər keçirildi. Onlarla birlikdə Şahdağ Milli Parkı üçün ekoturizm proqramı hazırlandı. Həmin proqram tərkibində ekocığırların inkişafı komponenti də var idi. Bizim layihənin əsas funksiyası infrastrukturların salınmasıdır. Hazırda mütəxəssislər yerlərdə çalışır. Bununla bağlı işlər davam edir. Şahdağ Milli Parkında həyata keçirilən işlər uğurlu olsa, digər milli parklarda da həyata keçirəcəyik. Hazırda milli parkda 50-ə yaxın turistik cığırlar var. Bu il ərzində daha iki cığır da salınacaq. Şahdağ Milli Parkının Qonaqkənd və İsmayıllı ərazisində bu işlər davam edir. Qeyd edim ki, Qonaqkənddən başlayaraq milli parkın ərazisindən keçərkən yaylaqlara çıxış olacaq. Burada da hər bir turistə nadir və "Qırmızı kitab"a düşən heyvanları görmək nəsib olacaq".

Son xəbərlər

Orphus sistemi