Yuxarı
    Bağlamaq

    Xəzərin sahilində 2 hektar ərazi tullantılardan təmizlənib

    Tədbirdə dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, özəl sektorun nümayəndələri iştirak edib

    Bakı. 12 avqust. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) Xəzərin ekoloji problemləri, görülən işlər və ictimaiyyətin Xəzər dənizinin mühafizəsi prosesinə cəlb edilməsi mexanizmi müzakirə olunub, eyni zamanda gənclər və yeniyetmələrlə birgə maarifləndirici tədbirlər təşkil edilib.

    ETSN-nin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, tədbirdə dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, özəl sektorun nümayəndələri iştirak edib.

    Tədbirdə uşaqlara Xəzər dənizinin ətraf mühitinin qorunması haqqında məlumat verilib, inşa müsabiqəsinin mükafatlandırılma mərasimi keçirilib, qaliblərə hədiyyələr təqdim olunub.

    Sonra tədbir iştirakçıları "Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi"nə aid olan və Novxanı qəsəbəsinin sahilboyu zolağında quraşdırılan modul tipli təmizləyici qurğunun iş fəaliyyəti ilə tanış olub.

    Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirmək məqsədilə Novxanı çimərliyinin sahilboyu zonasında ETSN-nin əməkdaşları, ictimaiyyət nümayəndələri, yerli özünüidarəetmə orqanları ilə birgə təmizlik aksiyası keçirilərək 2 hektar ərazi tullantılardan təmizlənib.

    Eyni zamanda belə maarifləndirici tədbirlər regionlarda da, digər Xəzər sahili zonalarda təşkil edilib.

    Xatırladaq ki, 2006-cı il avqustun 12-də Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il 12 avqust “Xəzər günü” kimi qeyd olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi