Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Xəzər dənizinin Novxanı sahili tullantılardan təmizlənib.
"Report" xəbər verir ki, “Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində növbəti aksiya bu gün Xəzər dənizinin Novxanı sahilində keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin əməkdaşlarının, Binəqədi rayon İcra Hakimiyyətinin, rayon bələdiyyəsinin nümayəndələrinin, “Təmiz Şəhər” ASC-nin, “AzərGold” QSC-nin, “NARGİS” jurnalının, “Araz” supermarketlər şəbəkəsinin, “Asan” könüllülərin və ekokönüllülərin iştirak etdiyi aksiyada 1 tondan artıq tullantı yığılaraq daşınıb.
Təmizlik aksiyalarının keçirilməsində məqsəd insanları ətraf mühitə daha həssas və məsuliyyətli davranmağa təşviq etmək, tullantıların azaldılması və düzgün idarə olunmasına nail olmaqdır.