Xəzər könüllülük məktəbinin iclası keçirilir

Xəzər könüllülük məktəbinin iclası keçirilir Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) üç Xəzəryanı ölkənin könüllülərinin iştirakı ilə “Xəzər Könüllülük Məktəbi”nin birinci iclası keçirilir.
Ekologiya
18 Fevral , 2020 12:27
Xəzər könüllülük məktəbinin iclası keçirilir
ETSN

Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) üç Xəzəryanı ölkənin könüllülərinin iştirakı ilə “Xəzər Könüllülük Məktəbi”nin birinci iclası keçirilir. 

"Report" xəbər verir ki, bu barədə ETSN-nin Mətbuat katibi İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, Rusiyanın “Şimal-Cənub” Politologiya mərkəzi tərəfindən həyata keçirilən “Xəzərin Könüllülük Meridianları” layihəsində Azərbaycan, Qazaxıstan və Rusiyanın könüllü təşkilatlarının liderləri və fəalları, könüllü layihələrdə praktik təcrübəsi olan tələbələr iştirak edir. 

İ.İbrahimova vurğulayıb ki, 2020-ci ilin "Könüllülər ili" elan olunduğu Azərbaycanda keçirilən tədbirin məqsədi beynəlxalq gənc könüllü təşkilatların nümayəndələri arasında üfüqi əlaqələr sistemi yaratmaq, humanitar münasibətlərin və mədəniyyətlərarası dialoqun inkişafı sahəsində regional problemlərin uğurla həlli üçün platformaya nail olmaqdır.

Nazirliyin sözçüsü bildirib ki, iclasda Xəzəryanı dövlətlərin müxtəlif sahələrdə könüllü fəaliyyətinin ən yaxşı təcrübələri regional səviyyədə müzakirə edilir.

Son xəbərlər

Orphus sistemi