Xəzər dənizinin Azərbaycan hissəsində duman müşahidə olunur

Xəzər dənizinin Azərbaycan hissəsində duman müşahidə olunur Proqnozlar Bürosunun direktor müavini: “Bakı şəhərində cənub şərq küləyinin üstünlüyü müşahidə edilir”
Ekologiya
8 Noyabr , 2016 11:26
Xəzər dənizinin Azərbaycan hissəsində duman müşahidə olunur

Bakı. 8 noyabr. REPORT.AZ/ Hazırda Xəzər dənizinin Azərbaycan hissəsində duman müşahidə olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın "Report"a verdiyi məlumata görə, Bakı şəhərində cənub şərq küləyinin üstünlüyü müşahidə edilir: "Bu, cənub-şərq axınlarıdır. Hazırda yer səthində olan havanın temperaturu ilə hündürlükdə olan havanın temperaturu arasında fərq olduğundan rütubət yüksəkdir və bu da dumanın əmələ gəlməsinə şərait yaranır".

G.Məmmədova qeyd edib ki, duman daha çox səhər saatlarında müşahidə olunur: "Günorta saatlarında havanın istiləşməsi ilə əldaqədar artıq yer səthində olan havanın temperaturu ilə hündürlükdə olan havanın temperaturu arasında fərq böyüyür və dumanın çəkilməsinə şərait yaranır".

Son xəbərlər

Orphus sistemi