Yuxarı

Xəbərdarlıq: Azərbaycanda havanın temperaturu enəcək, qar yağacaq

Temperatur 5-8 dərəcə aşağı enəcək

Bakı. 17 fevral. REPORT.AZ/ Bakıda və Abşeron yarımadasında fevralın 18-dən 19-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Temperatur 4-7 dərəcə aşağı enəcək. Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. 

Azərbaycanın rayonlarında fevralın 18-dən 19-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur 5-8 dərəcə aşağı enəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi