WWF: 2028-ci ilə qədər dünyada heyvanların 20%-i yox olacaq

WWF: 2028-ci ilə qədər dünyada heyvanların 20%-i yox olacaq Son 400 ildə 89 məməli heyvanın nəsli tükənib
Ekologiya
3 Mart , 2018 10:45
WWF: 2028-ci ilə qədər dünyada heyvanların 20%-i yox olacaq

Bakı. 3 mart. REPORT.AZ/ Qlobal istiləşmə, qeyri-qanuni ovlanma və təbii yaşayış yerlərinin azalması səbəbindən bir çox heyvanların nəsli tükənə bilər.

“Report” xəbər verir ki, bu qənaətə Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) bioloqları gəlib.

Fond xəbərdarlıq edib ki, 2028-ci ilə qədər dünyada olan heyvanların, təxminən, 20%-i yox olacaq. Bu günə qədər, təxminən, 2 milyon yeni heyvan növü aşkar edilsə də, bu rəqəm nəsli tükənən heyvanların sayının çox kiçik hissəsidir.

Araşdırmaların nəticəsi onu göstərir ki, son 400 il ərzində 89 növ məməli heyvanın nəsli tükənib, 169-nu isə bu təhlükə gözləyir.

Son xəbərlər

Orphus sistemi