Yuxarı
    Bağlamaq

    SOCAR-ın Ekologiya İdarəsi Alman-Azərbaycan İqtisadi Forumunda iştirak edib

    “Tullantı mərkəzinin genişləndirilməsi Layihəsi” ilə bağlı müzakirələr aparılıb

    Bakı. 24 noyabr. REPORT.AZ/ Bakıda keçirilmiş 15-ci Alman-Azərbaycan İqtisadi Forumunda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ekologiya İdarəsinin əməkdaşları da iştirak ediblər.

    "Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel, bu ölkənin İqtisadiyyat və Enerji Nazirliyinin rəsmi nümayəndəsi Margit Şteffel öz çıxışlarında ikitərəfli iqtisadi əlaqələrin inkişafından bəhs ediblər.

    Forumda ətraf mühit sahəsində SOCAR-la tərəfdaşlıq edən “Econ İndustries GmbH.” alman şirkətinin baş direktoru Y.Fişer rəhbərlik etdiyi qurumun ətraf mühitin qorunması sahəsində fəaliyyəti barədə danışıb, bu barədə təqdimat keçirib.

    Təqdimat zamanı bildirilib ki, “Econ İndustries GmbH.” şirkəti qazma şlamı, neft tullantıları, civə və metal tullantıları, təbii olaraq yaranan radioaktiv maddələrin bərpa edilməsi sahəsində 20 ildən artıq təcrübəyə malikdir və Avstriya, Niderland və digər ölkələrdə ekoloji layihələr həyata keçirib. Tədbir çərçivəsində Ekologiya İdarəsi nümayəndələrilə “Econ İndustries GmbH.” şirkətinin rəhbərliyi arasında ikitərəfli görüş də olub. Görüşdə SOCAR-ın “Econ İndustries GmbH.” ilə birgə həyata keçirdiyi “Tullantı mərkəzinin genişləndirilməsi Layihəsi” ilə əlaqədar müzakirələr aparılıb, şirkətin baş direktoru Y.Fişer layihənin perspektivləri ilə bağlı sualları cavablandırıb.                               

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi