Şirvan Milli Parkında ceyranın güllə ilə vurulması barədə məlumatlara aydınlıq gətirilib

Şirvan Milli Parkında ceyranın güllə ilə vurulması barədə məlumatlara aydınlıq gətirilib Şirvan Milli Parkında ceyranın yaralanması ilə bağlı sosial şəbəkədə yayılan məlumatlara münasibət bidlriib.
Ekologiya
10 Avqust , 2021 14:16
Şirvan Milli Parkında ceyranın güllə ilə vurulması barədə məlumatlara aydınlıq gətirilib

Şirvan Milli Parkında ceyranın güllə ilə vurularaq yaralanması barədə sosial şəbəkədə yayılan məlumatlara aydınlıq gətirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova "Report"a açıqlamasında bildirib ki, avqustun 9-da Şirvan Milli Parkının əməkdaşları tərəfindən yaralı ceyran tutularaq baytar tərəfindən müayinə olunub.

İlkin yardım göstərilsə də, təəssüf ki, həyatını xilas etmək mümkün olmayıb.

Xidmət rəsmisinin sözlərinə görə, ceyrandakı xəsarət güllə yarası deyil: “Vəhşi təbiətdə yırtıcı-şikar münasibətləri ekosistemin tarazlığını təmin edir, heyvanların yırtıcı təqibindən müdafiəsi zamanı zədə alması halları baş verir və bu da vəhşi təbiətdə baş verən normal hadisədir”.

A.Səmədova bildirib ki, populyasiyada itkinin olmaması mümkün deyil, nisbətən zəif fərdlərin xəstəlik, yırtıcı təqibi və s. təbii amillər səbəbindən tələf olması təbiətin qanunudur və bu hadisə ilk dəfə baş verən hadisə deyil:

“Unutmamalıyıq ki, ceyran həm də milli parkda yaşayan digər yırtıcı heyvanların qidasıdır. Təbiətdə yüz illərlə baş verən təbii prosesləri cəmiyyətdə təşviş obyektinə çevirmək doğru deyil”.

Son xəbərlər

Orphus sistemi