Salyanda şahin quşunu tutmaq istəyən şəxs cərimələnib

Salyanda şahin quşunu tutmaq istəyən şəxs cərimələnib Bakı. 29 noyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Salyan rayonunda keçirilən reyd zamanı rayonun Kalmas adlanan ərazisində şahin quşunu ovlamağa cəhd edən şəxs saxlanılıb.
Ekologiya
29 Noyabr , 2018 11:05
Salyanda şahin quşunu tutmaq istəyən şəxs cərimələnib
0 : 00
0 : 00

Bakı. 29 noyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Salyan rayonunda keçirilən reyd zamanı rayonun Kalmas adlanan ərazisində şahin quşunu ovlamağa cəhd edən şəxs saxlanılıb.

Bu barədə "Report" nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Araşdırma zamanı brakonyerin Hacıqabul rayon sakini Fizuli Məmmədov olduğu müəyyən edilib. Ondan şahin quşunun tutulması üçün istifadə edilən ov alətləri, 2 göyərçin quşu götürülüb.

Faktla bağlı F.Məmmədov barəsində protokol tərtib edilib və ona İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 2000 manat məbləğində cərimə tətbiq olunub.

Son xəbərlər

Orphus sistemi