Sabahın hava proqnozu

Sabahın hava proqnozu Mülayim cənub küləyi əsəcək.
Ekologiya
2013
25 Avqust , 2020 13:25
Sabahın hava proqnozu
0 : 00
0 : 00

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, 26 avqustda Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20, gündüz 25-28, Bakıda gecə 17-19, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək. Abşeron çimərliklərində mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-18, gündüz 25-30, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə isə, avqustun 26-27-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Son xəbərlər

Orphus sistemi