Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb Noyabrın 9-da gözlənilən hava şəraiti Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə noyabrın 9-da Bakıda və Abşeron yarımadasında havann dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə dum
Ekologiya
8 Noyabr , 2020 12:03
Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda noyabrın 9-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi axşam şimal- qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 8-11, gündüz 15-18, Bakıda gecə 9-11, gündüz 15-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 768 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq.

Noyabrın 9-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər saatlarında duman olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-10, gündüz 15-18, dağlarda gecə 0-4, gündüz 6-10 dərəcə isti olacaq.

Sabah Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üşün əsasən əlverişlidir.

Son xəbərlər

Orphus sistemi