Sabaha paytaxtda gecə və səhər saatlarında qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir

Sabaha paytaxtda gecə və səhər saatlarında qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir Yanvarın 10-dan etibarən Azərbaycanda temperatur nisbətən yüksələcək
Ekologiya
8 Yanvar , 2015 13:01
Sabaha paytaxtda gecə və səhər saatlarında qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir

Bakı. 8 yanvar. REPORT.AZ/ Sabaha Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin "Report"a verdiyi məlumata görə, sabaha Bakıda və Abşeron yarımadasında əsasən gecə və səhər saatlarında qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.

Gündüz şimal-qərb küləyinin artıq günün birinci yarısından mülayimləşəcəyi ehtimal olunur. Havanın temperaturu gecə 1-4 şaxta, gündüz 0 dərəcəyə yaxın olacağı və yolların buz bağlaması, rayonlarda da fasilələrlə yağıntılı olacağı, eləcə də qar yağacağı gözlənilir. Gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Gündüz qərb rayonlarından başlayaraq tədricən kəsiləcəyi gözlənilir. Havanın temperaturu aran rayonlarında gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 isti, dağlarda gecə 11-16, gündüz 5-10 dərəcə şaxta gözlənilir. Yollar buz bağlayacaq.

Güclü külək sabah gündüzədək davam edəcək. Gündüz saatlarında külək nisbətən mülayimləşəcək. Yanvarın 10-dan etibarən temperatur nisbətən yüksələcək.  

Son xəbərlər

Orphus sistemi