Yuxarı
    Bağlamaq

    Sabaha olan hava proqnozu açıqlanıb

    Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin buludlu olacağı gözlənilir

    Bakı. 27 sentyabr. REPORT.AZ/ Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin buludlu olacağı gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, sentyabrın 28-də paytaxt və yarımadaya arabir yağış yağacağı gözlənilir.

    Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 15-18° isti, gündüz 19-22°, Bakıda gecə 15-17° isti, gündüz 20-22° isti olacağı gözlənilir.

    Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında sabah şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 19-24° isti, dağlarda gecə 4-9° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

    Tibbi-meteoroloji proqnoza görə, yaxın 3 gün ərzində Abşeron yarımadasında dəyişkən hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi