Sabah hava yağmursuz keçəcək

Sabah hava yağmursuz keçəcək Dekabrın 11-ə gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya
5344
10 Dekabr , 2021 12:34
Sabah hava yağmursuz keçəcək

Dekabrın 11-ə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Cənub küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 8-10° isti, gündüz 12-14° isti, Bakıda gecə 8-10° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 65-75 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin axşam bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7° isti, gündüz 11-16° isti, dağlarda gecə 1-5° şaxta, gündüz
5-10° isti olacaq.

Son xəbərlər

Orphus sistemi