Sabah hava yağmursuz keçəcək, külək əsəcək

Sabah hava yağmursuz keçəcək, külək əsəcək Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Ekologiya
4 Noyabr , 2021 12:47
Sabah hava yağmursuz keçəcək, külək əsəcək
0 : 00
0 : 00

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, havanın temperaturu gecə 8-11° isti, gündüz 12-14° isti, Bakıda gecə 8-10° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında Arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Arabir duman və mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12° isti, gündüz 14-17° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.

Son xəbərlər

Orphus sistemi