Yuxarı
    Bağlamaq

    Sabah bəzi yerlərdə yağış yağacaq

    Bakıda gündüz 6-8 dərəcə isti olacağı gözlənilir

    Bakı. 1 mart. REPORT.AZ/ Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. 

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 2-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

    Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir.

    Atmosfer təzyiqi 760 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

    Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə arabir yağış, dağlıq rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, gündüz qərb rayonlarından başlayaraq yağışın tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturunun gecə 1-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti olacağı gözlənilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi