Yuxarı

Sabah Bakıda və Abşeron yarımadasında güclü yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında güclü yağış yağacaq
Rayonlarda yağışın intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir

Bakı. 11 noyabr. REPORT.AZ/ Sabah Azərbaycan ərazisində müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, noyabrın 12-də Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı gözlənilir. Axşam yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 8-11, gündüz 12-14, Bakıda gecə 8-10, gündüz 12-14 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərində intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 10-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi