Sabah Bakıda güclü külək olacaq

Sabah Bakıda güclü külək olacaq Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir
Ekologiya
2 İyul , 2015 12:33
Sabah Bakıda güclü külək olacaq

Bakı. 2 iyul. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bunu "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.

O bildirib ki, iyulun 3-də paytaxtda mülayim şimal-qərb küləyi axşam arabir güclənəcək. 

Havanın temperaturu gecə 22-25, gündüz 29-34 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şəqr küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 34-39, dağlarda gecə 14-19, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.

O da bildirilib ki, iyulun 4-də ayrı-ayrı yerlərdə şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi