Yuxarı

​Sabah Bakıda yağış yağacaq, şimşək çaxacaq

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir

Bakı. 21 avqust. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, səhər və gündüz yarımadanın bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Avqustun 22-də Bakıda və Abşeron yarımadasında mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 24-28, Bakıda gecə 21-23, gündüz 25-27 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 45-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 27-32, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə23-24, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi