Sabah Azərbaycanda havanın temperaturu 9 dərəcəyədək enəcək

Sabah Azərbaycanda havanın temperaturu 9 dərəcəyədək enəcək Hava şəraiti meteohəssas insanlar üçün çox əlverişsiz olacaq
Ekologiya
8 Oktyabr , 2015 12:50
Sabah Azərbaycanda havanın temperaturu 9 dərəcəyədək enəcək

Bakı. 8 oktyabr. REPORT. AZ/ Sabah Azərbaycan rayonlarında leysan xarakterli yağış yağacaq. Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Oktyabrın 9-da Bakıda və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir. Güclü şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 11-13, gündüz 14-16, Bakıda isə gecə 11-13, gündüz 14-16 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv yağış olacağı ehtimalı var. Arabir güclənən qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 9-14, gündüz 14-18, dağlarda gecə 2-5, gündüz 5-10 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza əsasən, sabah havanın temperaturunun ötən günlərlə müqayisədə kəskin enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün çox əlverişsizdir.

Son xəbərlər

Orphus sistemi