Sabah Azərbaycanda havanın temperaturu 30 dərəcəyədək yüksələcək

Sabah Azərbaycanda havanın temperaturu 30 dərəcəyədək yüksələcək Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir
Ekologiya
26 Aprel , 2016 11:09
Sabah Azərbaycanda havanın temperaturu 30 dərəcəyədək yüksələcək

Bakı. 26 aprel. REPORT.AZ/ Sabah hava şəraitinin Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14, gündüz 20-24, yarımadanın bəzi yerlərində 27-dərəcə isti, Bakıda gecə 11-13, gündüz 23-25 dərəcə isti olacaq.

Aprelin 27-də Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 20-25 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, aprelin 27-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Son xəbərlər

Orphus sistemi