Yuxarı
    Bağlamaq

    RSXM: Bakıda vulkan püskürməsi 2 dəqiqə 24 saniyə davam edib - YENİLƏNİB

    Bakı. 30 mart. REPORT.AZ/ AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSMX) Bakıda baş verən vulkan püskürməsi ilə bağlı məlumat yayıb.

    RSXM-nin İnformasiya şöbəsindən "Report"a bildirilib ki, 29 mart 2018-ci il tarixində, yerli vaxtla saat 19:25:59-da Atbulaq ərazisində Ayrantökən vulkanı püskürüb: "Püskürmənin davametmə müddəti 2 dəqiqə 24 saniyədir".


    *** 12:46

    Bakı. 30 mart. REPORT.AZ/ Ayrantökən palçıq vulkanında püskürmə baş verib.

    Bu barədə "Report"a  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, 29 mart 2018-ci il tarixində saat 21:10 radələrində Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən Ayrantökən palçıq vulkanında püskürmə baş verib.

    Yeddi dəqiqəyə qədər davam edən püskürmə alovla müşayiət olunub və alov sütunu vulkanın kraterindən təqribən 100-150 metr yüksəkliyə qalxıb. Vulkandan çıxan püskürmə məhsulları (brekçiya) 2,0 hektara qədər ərazini əhatə edib və qalınlığı 0,3-1,2 metr arasında dəyişir. Vulkanik ərazidə radial çatlar əmələ gəlib.

    Qeyd edək ki, palçıq vulkanının ətrafında heç bir yaşayış məntəqəsi yoxdur.

    Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir, müvafiq monitorinqlər aparılır.

    Ayrantökən palçıq vulkanı Azərbaycan Respublikasının Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun ərazisinə daxildir. İlk püskürmə 1964-cü ilin oktyabrında, son püskürmə isə 2008-ci ildə müşayiət edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi