Qubada “QAZEL”dən fıstıq cinsli meşə materialı aşkar olunub

Qubada “QAZEL”dən fıstıq cinsli meşə materialı aşkar olunub Bakı. 25 iyul. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi və daşınması hallarının qarşısının alınması məqsədilə keçirilən reydlər davam etdirilir.
Ekologiya
25 İyul , 2018 12:10
Qubada “QAZEL”dən fıstıq cinsli meşə materialı aşkar olunub
eco.gov.az
0 : 00
0 : 00

Bakı. 25 iyul. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi və daşınması hallarının qarşısının alınması məqsədilə keçirilən reydlər davam etdirilir.

Bu barədə "Report"a nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Reyd zaman Quba rayonu Əski İqriq kəndi ərazisində “QAZEL” markalı 40-BN-228 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində qanunsuz yolla əldə edilmiş 3 m3 həcmində fıstıq cinsli girdə işlik meşə materialı aşkar olunub.

Faktla bağlı avtomobilin sahibi Zülfüqar Muradov barəsində akt tərtib olunub və ona meşə fonduna dəyən 518 manat məbləğində ziyan tətbiq edilib.

Son xəbərlər

Orphus sistemi