​Azərbaycanda qeyri-sabit hava şəraiti iyunun 13-dək davam edəcək - XƏBƏRDARLIQ

​Azərbaycanda qeyri-sabit hava şəraiti iyunun 13-dək davam edəcək - XƏBƏRDARLIQ Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək
Ekologiya
9 İyun , 2016 12:25
​Azərbaycanda qeyri-sabit hava şəraiti iyunun 13-dək davam edəcək - XƏBƏRDARLIQ

Bakı. 9 iyun. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə növbəti dəfə xəbərdarlıq edib.

Departamentdən “Report”a verilən məlumata görə, ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti iyunun 13-dək davam edəcək.

Əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Son xəbərlər

Orphus sistemi