Qəbiristanlığın ərazisi məişət tullantılarından təmizlənib

Qəbiristanlığın ərazisi məişət tullantılarından təmizlənib Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin “Eko-Radar” bölməsinə Suraxanı rayonu Əmircan qəsəbəsi qəbiristanlığının ərazisində məişət tullantılarının atılaraq qalaqlanması ilə bağlı daxil olan şikayəti Dövlət Ekoloji Təhlükəsizli
Ekologiya
2 Sentyabr , 2020 16:26
Qəbiristanlığın ərazisi məişət tullantılarından təmizlənib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin “Eko-Radar” bölməsinə Suraxanı rayonu, Əmircan qəsəbəsi qəbiristanlığının ərazisində məişət tullantılarının atılaraq qalaqlanması ilə bağlı daxil olan şikayəti Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları araşdırıb.

"Report" xəbər verir ki, xidmətin rəis müavini Ramal Bağırov əraziyə baxış zamanı faktın öz təsdiqini tapdığını deyib.

O bildirib ki, xidmət əməkdaşlarının nəzarəti altında ərazi Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin işçiləri tərəfindən tullantılardan təmizlənib: "Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə Suraxanı rayon MKTB-yə məcburi göstəriş verilib".

Son xəbərlər

Orphus sistemi