Yuxarı

Sulu qar yağacaq, güclü külək əsəcək, temperatur 4-6 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Qar yağacaq, güclü külək əsəcək, temperatur 4-6 dərəcə aşağı enəcək 1140

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib. 

Nazirlikdən "Report"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 23-də güclü cənub-qərb küləyi əsəcək, yanvarın 24-də güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Yanvarın 24-dən 25-i səhərədək hava şəraitinin yağıntılı olacağı gözlənilir. Arabir intensivləşəcəyi, 24-də axşam, 25-nə keçən gecə bəzi yerlərdə yağışın sulu qara keçəcəyi ehtimalı var.

Yanvarın 24-də havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək, 0-3 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında yanvarın 23-ü axşamdan 25-dək hava şəraitinin kəskin dəyişəcəyi, qeyri-sabit keçəcəyi gözlənilir. Arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.

Yanvarın 23-də güclü cənub-qərb küləyi 24-də güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi