Proqnozlar Bürosu: Azərbaycanda isti hava şəraiti davam edəcək

Proqnozlar Bürosu: Azərbaycanda isti hava şəraiti davam edəcək Sentyabr ayının 5-dək ölkə ərazisində hava şəraiti əsasən yağmursuz olacaq
Ekologiya
2 Sentyabr , 2017 14:10
Proqnozlar Bürosu: Azərbaycanda isti hava şəraiti davam edəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyi / Report

Bakı. 2 sentyabr. REPORT.AZ/ “Növbəti günlərdə Azərbaycanda müşahidə olunacaq hava şəraitində ciddi dəyişiklik gözlənilmir”.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Bildirilib ki, sentyabr ayının 5-dək ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir: “Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında 32-37, dağlıq rayonlarda isə 23-28 dərəcə isti təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeronda gecə 23-25, gündüz 29-34 isti olacağı gözlənilir”.

Son xəbərlər

Orphus sistemi