Professor: "Artıq qış aylarında da ağac əkini aparmaq olar"

Professor: "Artıq qış aylarında da ağac əkini aparmaq olar" "Əvvəllər ənənəvi olaraq ağac əkini ildə iki dəfə, yaz və payız aylarında həyata keçirilirdi. Son dövrlərdə aparılan tədqiqat işləri nəticəsində bu ənənələrdə dəyişikliklər olub".
Ekologiya
956
15 Dekabr , 2021 14:41
Professor: Artıq qış aylarında da ağac əkini aparmaq olar

"Ənənəvi olaraq ağac əkini ildə iki dəfə, yaz və payız mövsümündə həyata keçirilirdi. İqlim dəyişmələri fonunda aparılan müşahidələr göstərir ki, nisbətən isti keçən qış aylarında da artıq ağac əkmək olar".

Bunu “Report”a açıqlamasında Mərkəzi Nəbatat Bağının Ağac və kol bitkiləri laboratoriyasının müdiri, biologiya elmləri doktoru, professor Elman İsgəndər deyib.

O bildirib ki, Azərbaycanın əksər regionlarında, Aran zonası, Arazboyunda, işğaldan azad edilmiş ərazilərin bir hissəsində və Abşeron yarımadasında da vegetasiya prosesi başlanana qədər ağacları əkmək mümkündür: “Yəni aparılan müşahidələr göstərir ki, qlobal iqlim dəyişmələrinin yaratdığı fəsadlar içərisində ölkə ərazisində qış fəslinin nisbətən isti keçməsi, bir sıra bölgələrdə şaxtalı günlərin olmaması qeydə alınır. Ona görə də oktyabr ayından başlayaraq may ayının sonuna kimi ağacların əkinini aparmaq olar və bu, ölkə üzrə aparılan yaşıllaşdırma işinin sürətləndirilməsinə şərait yaradar. Amma bəzi qaydalar da var ki, onlara riayət olunmalıdır. Çünki hər bir bitkinin özünün bioloji təlabatı var. Bitkinin bioloji tələbi, əkiləcək yerin şəraitini bildikdən sonra istənilən bitki növünü, ağacı kütləvi əkmək mümkündür”.

Son xəbərlər

Orphus sistemi